Gəncədə qeyd edilən imam Sahib Zamanın (ə.f) mövludu möhtəşəm görüntülərlə yadda qalıb

Bildiyiniz kimi bu günlər sonuncu imam Sahib Zamanın (ə.f) mübarək mövlud günləri kimi qeyd edilir.
Hədəf14.az xəbər verir ki, ölkənin bir sıra bölgələrində yüksək səviyyədə keçirilən tədbirlər müxtəlif məqamlarla yadda qalıb. Daha bir mövlud tədbiri isə Gəncədə “Şahzadə İbrahim” heyyəti tərəfindən təşkil edilib.
Təşkilatçılar əvvəlcə şəhərin böyük ziyarətgahı olan İmamzadəyə üz tutublar. Onlar orada uşaqlara şar və müxtəlif bəzək əşyaları, böyüklərə isə təbrik zərfləri veriblər. Ehsan olaraq hər kəsə şirniyyat və meyvə suları paylanılıb.
Təşkilatçılar daha sonra eyni senarını şəhərin mərkəz və bulvarında həyata keçiriblər. Əhali dindarlar tərəfindən təşkil edilən bu cür aksiyaları alqışladıqlarını və hər zaman həyata keçirilməsini arzu etdiklərini deyiblər. Sonda xatirə şəkilləri çəkilib.
Hədəf14.az həmin tədbirin görüntülərini sizə təqdim edir.