ArxivXəbər lentiXəbərlər

Dəyərlər Oxucular Klubu “Mənəvi Üçaylığ”ın gəlişi ilə əlaqədar “Mənəvi dinləmələr” keçirdi (Foto)

Dəyərlər Oxucular Klubu “Mənəvi Üçaylığ”ın gəlişi ilə əlaqədar “Mənəvi dinləmələr” adlı seminar-treninq keçirdi.

Tədbir iştirakçıları qarşısında çıxış edən İçərişəhər “Cümə” məscidinin imam-camaatı, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu “Mənəvi Üçaylıq”, xüsusilə də mübarək Rəcəb ayı, bu ayın fəzilətləri, bu aya aid dualar və əməllər barədə geniş çıxış etdi.
Hacı İlqar qeyd etdi ki, mübarək üçaylığın, Rəcəb ayının yaşadılması ilk öncə mərifət, tanıma istəyir. Bu anlamda imam-camaat, Qurani-Kərimin əxlaq konsepsiyası əsasında əməl, niyyət, iman, mərifət və tanıma tərkiblərinə xüsusi vurğu etdi. O, vurğuladı ki, əməlin insan mənəvi təkamülünə təsir etməsi üçün niyyətin əvəzolunmaz rolu vardır: “Niyyət də öz növbəsində, imanın diri və fəal olmasına bağlıdır. Bu da öz növbəsində, mərifət və tanımanın diri və fəal olmasından keçir. Bu mənada, Rəcəb ayı ilə bağlı mənəvi dinləmələrin, mərifət və tanımamızın həm keyfiyyət (mövzunu dərindən və hərtərəfli tanıma) və həm də kəmiyyət (mövzuya təvəccö, diqqət etmə; təkrar-təkrar dönərək, üzərində fokuslaşma) baxımından inkişafı üçün böyük təsiri vardır. Bu, insanda böyük şövq yaradır. Lakin bu, yalnızca emosional məfhum deyil, həm də, dərin tanımaya söykənir. Nəticədə mərifətin diriliyinə gətirib çıxarır”.

Hacı İlqar bunları da qeyd etdi: “Belə bir şəraitdə imanımızın canlı olması üçün Rəcəb ayında fövqəladə münbit şərait meydana çıxır. Daxilimizdə ali ruhiyyə dominantlıq təşkil edir. Qəflət deyil, təvəccö və təzəkkür bizi yönəldir. Məhz Allahın inayət etdiyi belə bir tofiqat şəraitində niyyətlər şüura və ixlasa söykənir. Əməl, Allaha bağlantı tapır. Bu mənada, biz bu gün “Mənəvi Üçaylıq” ərəfəsində böyük bir fürsətə malik olmuşuq”.

Tədbir geniş sual-cavab formatında davam etdirildi.

Dəyərlər Oxucular Klubu "Mənəvi Üçaylığ"ın gəlişi ilə əlaqədar "Mənəvi dinləmələr" keçirdi (Foto)
Dəyərlər Oxucular Klubu "Mənəvi Üçaylığ"ın gəlişi ilə əlaqədar "Mənəvi dinləmələr" keçirdi (Foto)
Dəyərlər Oxucular Klubu "Mənəvi Üçaylığ"ın gəlişi ilə əlaqədar "Mənəvi dinləmələr" keçirdi (Foto)
Dəyərlər Oxucular Klubu "Mənəvi Üçaylığ"ın gəlişi ilə əlaqədar "Mənəvi dinləmələr" keçirdi (Foto)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button