Türkiyənin müdafiə naziri deyib ki, Təl-Əviv və Ankara arasında neçə illik əməkdaşlığın olmasına baxmayaraq sionistlər hələ də Türkiyə ordusunu aldadır.
Qafqaz Mədəniyyət Mərkəzi – Türkiyənin müdafiə naziri Nurəddin Canikli bu ölkə ordusunun sionist rejimin hazırladığı kəşfiyyat dronlarının istifadəsinə işarə edərək ifşa edib ki, bir çox hallarda bu PUA-lar bizim qırıcılarımıza səhv məlumatlar verir.
Türkiyənin “Yeni Şəfəq” qəzetinin verdiyi xəbərə görə, Canikli deyib: “Türkiyə ordusu 2004-cü ildən bu növ PUA-lardan istifadə edir və bunun alınması üçün böyük məbləğdə pul verib. Amma indiyə kimi lazımınca və ürəyimiz istəyən kimi onlardan istifadə edə bilməmişik.”
Müdafiə naziri əlavə edib: “Deyə bilərik ki, bu PUA-lar hal-hazırda istifadəsiz qalıb. Çünki onlar bizim F-16 qırıcılarımıza səhv məlumatlar ötürürlər və biz çox gec bunu başa düşdük ki, bizim bombalarımız səhv yerlərdə partlayır.”