ArxivXəbər lentiXəbərlər

DEVAMM Hacı Vüqar İsgəndərovun inzibati həbsinə etirazını bildirir

DEVAMM-a növbəti narahatedici xəbər daxil olub. Belə ki, Gəncə dindarlarından alınan məlumata görə, dəyərli İslam maarifçisi, ilahiyyatçı Hacı Vüqar İskəndərov (Hacı Vuqar Qarabagi) evinin qarşısında bir neçə mülki şəxs tərəfindən saxlanılıb. Öncə Gəncə şəhər Baş polis idarəsinə gətirilən ilahiyyatçı, daha sonra Nizami rayon məhkəməsinə aparılmış, burada qondarma ittihamlarla ona 20 sutka inzibati həbs cəzası verilmişdir. Bu həbs üçün heç bir qanuni əsas olmamışdır.
DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) bu halı insan haqlarının kobud surətdə pozulması kimi dəyərləndirir, Hacı Vüqar İskəndərovun təcili azadlığa buraxılmasına çağırır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button