ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran və Azərbaycan Respublikası birgə texniki komissiyasının iclası keçirilir

İran və Azərbaycan Respublikasının birgə texniki komissiyasının, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və “Ordubad” və “Marazad” su elektrik stansiyaları layihələrində iş birliyi və istismar tərzi ilə əlaqədar Naxçivanda iclası keçirilir.

Qafqaz.ir  xəbər verir, İran İslam Respublikasının Naxçivandakı Baş Konsulluğunun məlumatına görə, İran və Azərbaycan Respublikasının birgə texniki komissiyasının iclasında tərəflər əməkdaşlığın necə davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Bu iclas dekabrın 14-də başlayıb və üç dövr davam edəcək.

Qeyd edək ki, Araz çayı üzərindəki “Xudafərin” və “Qız qalası” su bəndləri və elektrik stansiyalarının inşası və istismarı haqqında saziş 2016-cı il fevralın 13-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Tehranda imzalanıb.

Bu layihənin həyata keçirilməsi üçün Azərbaycan Respublikası və İran İslam Respublikasının enerji mütəxəssisləri və səlahiyyətlilərindən ibarət birgə texniki komissiya yaradılıb.

“Ordobad” və “Marazad” su bəndlərinin tikintisi və istismarı haqqında saziş isə 2014-cü il aprelin 9-da Tehranda iki qonşu ölkə olan İran və Azərbaycan Respublikası arasında imzalanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button