ArxivXəbər lentiXəbərlər
Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyən erməni öldü

Ermənistan Helsinki Assosiasiyasının sədri, hüquq müdafiəçisi Mikael Danielyan ölüb.
Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə “Asparez” klubunun sədri Levon Barseqyan bildirib.
Xatırladaq ki, Mikael Danielyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda soyqırımı törətməsi faktını tanıyan azsaylı ermənilərdən hesab olunurdu.
O, faciənin törədilməsinə görə, Azərbaycan xalqından üzr istəmişdi. (Modern.az)