ArxivXəbər lentiXəbərlər
İsraili xəritədən sildilər (Foto)

Nyu-Yorkda yerləşən məşhur “HarperCollins” mətbəəsi Yaxın Şərqdəki məktəblər üçün hazırladığı bir xəritəyə İsraili salmayıb
İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, “HarperCollins” işğalçı İsrailin qonşuları olan ölkələrin hamısını xəritəyə daxil edib.Hətta rəsmi olaraq dövlət olmamasına baxmayaraq, Qəzza da xəritədə yer alıb. Katoliklərin qəzeti olan “The Tablet” bu məsələnin bilərəkdən edildiyini yazıb.
Qəzet iddia edib ki, Yaxın Şərqdəki vəziyyət həssas olduğu üçün İsrailin adı xəritəyə salınmayıb. Buna yəhudilər sərt şəkildə etirazlarını bildiriblər.