Suriyadan sonra növbə Azərbaycanındır? – Təhlükə

İranlı generalın bəyanatı ilə Bakının narahatlığının sirri açıldı.
Xəbər verildiyi kimi Iran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadi bəyan edib ki, Suriyaya istənilən hərbi müdaxilənin acı nəticələrini bütünlükdə region çəkməli olacaq. Və bölgədə xaos, qeyri-stabil vəziyyət uzun illər davam edəcək. “Yeni Şərq”-in Azadlıq qəzetinə istinadən verdiyi xəbərə görə generalın sözlərinə görə, ABŞ-ın Suriyaya hərbi müdaxiləsi Rusiyaya Qafqazı itirmək bahasına başa gələcək: “Regionun bu qəddar savaşı dəstəkləyən ölkələri də ağır itkilər verəcəklər”. Firuzabadinin xüsusilə Suriya mövzusunda Qafqazla bağlı səsləndirdiyi fikir diqqət çəkir. General Rusiyanın Qafqazı itirəcəyini deyir. Özü bunu ehtimal kimi yox, qəti şəkildə bildirir. Ekspertlər hesab edir ki, Iran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əsassız yerə belə bir bəyanat verə bilməz. “Görünür, Tehran hansısa məlumatlara malikdir. Əks təqdirdə iranlı genaral belə bir bəyanat səsləndirməzdi”, – deyə ekspertlər bildirir. Ekspertlərin fikrincə, son günlər Suriya ətrafında baş verənlərin Azərbaycan hakimiyyətində narahatlıq yaratması ilə Firuzabadinin məlum bəyanatının arasında əlaqə ola bilər: “Müşahidələr göstərir ki, Bakı Suriya ilə bağlı gəlişləmələrdən ciddi narahatdır. Hakimiyyətin nəzarətində olan media quruluşlarında Suriya ilə bağlı xəbərlərin çox az verilməsi, bir çox hallarda Əsəd rejiminin maraqlarına uyğun olan məlumatlar yayılması bu narahatlığın görsənişləri sayıla bilər. Firuzabadinin məlum bəyanatından sonra bu narahatlığın səbəbləri tam aydın olur. Yeri gəlmişkən, bir müddət əvvəl belə xəbərlər yayılmışdı ki, Suriyadan sonra növbə Azərbaycanındır”.