AktualAktualArxivXəbər lentiXəbərlər
İsrailin Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib – Saxlanılanlar var /foto

Beynəlxalq Qüds günü ilə əlaqədar bu gün Bakıda İsrail səfirliyi qarşısında aksiya keçirilib. FaktXəbər-in məlumatına görə, aksiya təxminən 10 dəqiqə çəkib. Səfirliyin qarşısında şüarlar səsləndirildikdən sonra polis müdaxilə edərək, aksiyanı dağıdıb. Bir neçə nəfər saxlanılaraq, Yasamal rayon 26 və 27-ci polis bölmələrinə aparılıblar.
Saxlanılanlar arasında Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov, sədrinin müavinləri Akif Heydərli və Vüqar İbayev də var.