Azərbaycanda çörək bahalaşa bilər?

Vahid Məhərrəmov: “Əgər taxılın və unun qiymətində artım olarsa, avtomatik olaraq əhaliyə satılan çörəyin də qiyməti qalxacaq”
Bakıda topdansatış mərkəzlərində unun bahalaşması halları müşahidə olunur. Ölkədə un istehsalı və idxalı ilə məşğul olan aparıcı şirkətlər bildiriblər ki, əlli kiloluq kisənin qiyməti 30-60 qəpik artıb. Bəs artımın qarşısını necə almaq olar?
“Az məhsul gözlənilir”
Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, taxılın qiymətinin artmasına bir çox amillər təsir edir. “Bu il Azərbaycanda az məhsul gözlənilir. Bu isə vəziyyəti müəyyən mənada çətinləşdirə bilər: “Ötən ilə nisbətən bizdə 600 min ton az məhsul götürüləcəyi ehtimal olunur. Təxminən hər hektarda 5 sentner az məhsul götürəcəyik. Bu da, əlbəttə daxili bazara çox təsir edəcək. Çünki o qədər məhsulu xaricdən idxal etməliyik. Ona görə də, daha çox taxıl idxal olunacağı ehtimal edilir”.
Apardığımız araşdırmalarda onu deməyə əsas verir ki, bu il Qazaxıstanda, o cümlədən Rusiyada da buğda əkin sahəsi azalıb. Çünki onlar ehtiyacdan çox buğda istehal etməyə marağında deyillər. Ölkəmiz də daha çox Qazaxıstandan və Rusiyadan taxıl idxal edir. Qazaxıstandan 850 min ton, Rusiyadan 550 min ton taxil almışıq. Ona görə də, orada buğda artımı ehtimal olunmur”, – deyə Vahid Məhərrəmov vurğulayıb.
“Çörəyin qiyməti qalxacaq”
Vahid Məhərrəmov hesab edir ki, Dünya bazarında taxılın qiymətinin artması haqqında hələ tam dəqiq proqnoz vermək mümkün deyil. :”Dəqiq proqnoz avqust ayında formalaşacaq. Amerika ən çox taxıl ixrac edən ölkədir. Onlarda “Çikaqa birjasında” qiymət formalaşdıqdan sonar müəyyən etmək olacaq, yəni qiymət qalxacaq, yoxsa azalacaq. Hazırda proqnoz vermək mümkün deyil. Daxili bazarda unun qiyməti nisbətən qalxıb. Görünür bu başlanğıc bir etabdır. Sonrakı etabda da qiymət qalxa bilər. “Əgər taxılın və unun qiymətində artım olarsa, avtomatik olaraq əhaliyə satılan çörəyin də qiyməti qalxacaq. Dövlətsə öz növbəsində bunu süni qiymət artımı kimi qiymətləndirərsə, bu zaman sahibkarlara zərər dəyər. Bu zaman fəaliyyətdə olan fərdi kiçik sahibkarlar sıradan çıxarlar. Bu da böyük problemlər yaradar./ucnoqta.az/