ArxivXəbər lentiXəbərlər
İstanbulda ələ keçən BƏƏ casusu hamamda özünü asıb

İstanbul Respublika Baş Prokurorluğunun bəyanatında deyilir ki, casusluq ittihamı ilə Silivridə saxlanılan Zaki Y. M. Həsən dünən yerli vaxtla 10:22-də qaldığı bir nəfərlik otağın hamam qapısında asılı vəziyyətdə tapılıb.
***
10:23 – Türkiyənin İstanbul şəhərində 10 gün əvvəl ələ keçən BƏƏ-nin iki casusundan biri intihar edib.
Məlumata görə, BƏƏ-dən olan casus Silivri həbsxanasında özünə qəsd edib.
Qeyd edək ki, Türkiyənin Milli Kəşfiyyat İdarəsi keçirdiyi əməliyyat zamanı Samir Semih Şaban və Zəka Yusif Həsən həbs edilmişdi.