İstanbulda İmam Hüseynə (ə) əzadarlıq

Məhərrəmliyin daxil olması münasibətilə dünyanın hər yerində İmam Hüseyn (ə) və Kərbəla şəhidləri hüznlə yad edilir.
Qafqaz.ir ABNA-ya istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki Zeynəbiyyə məscidində Məhərrəmliklə bağlı matəm məclislərinin keçirilməsi davam etdirilir. Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüz məsciddə çıxış edərək, insanlardan qara köynək geyinmədiyi üçün digərlərini qınaq obyektinə çevirməmələrini istəyib. O, məddahlara da müraciət edərək, insalara “qara köynəklilər”, “şiələr” deyərək, müraciət etməmələrini istəyib. O, bütün bunların bir müddətdən sonra dinə çevriləcəyini deyib. O, Hüseyn (ə) əzadarlığının qəlb və könül məsələsi olduğunu bildirib: “Bu yas millətcə bizim yasımızdır. Aşuranı ayrılıq salma yox, birləşmə nöqtəsi olaraq bu günə gəlmişik. Bu millətimiz tərəfindən də qəbul olundu. Şükürlər olsun ki, genişləndi, sərhədləri aşdı. Hənəfisi də, Şafeisi də, Ələvisi də… Millət olaraq Aşura bizim yasımızdır”.
Özgündüz Aşuranın Rəsulallaha (s) gələn və təbliğ etdiyi dinin əhya olunması və onun yerinə başqa ünsürlərin daxil edilməməsi üçün bir mübarizə olduğunu bildirib. O, Aşuranın bütün xalqa aid olduğunu deyib.
Mərasimdə daha sonra Kərbəla şəhidlərini anmaq üçün mərsiyə və nohələr deyilir, əzadarlıq mərasimləri keçirilir.