ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İran daha bir nüvə obyektində uranın 60 faizlik zənginləşdirilməsi işinə başlayıb

İran Beynəlxalq Atom Agentliyinin Rəhbərlər Şurasının son qərarı, habelə Qərb dövlətlərinin addımlarından sonra Fordo nüvə obyektində də uranın 60 faizlik zənginləşdirilməsi işini yeni nəsil sentrifuqa cihazları ilə başladıb.
İranın, BAEA Rəhbərlər Şurasının son qətnaməsinə cavab olaraq nüvə fəaliyyətini genişləndirməsi planının detalları açıqlanıb.
Məlumata görə Nətənzdən sonra Fordo nüvə təsisatında da uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə start verilib.
Əlavə edilib həmçinin burada köhnə sentrifuqa cihazları çıxarılıb və işi sürətləndirən yeni nəsil İR-6 sentrifuqa cihazları qurşadırılıb.