AktualAktualXəbər lentiXəbərlər
İstanbulda İŞİD etirazları: avtobusu yandırdılar (Foto)

İstanbulda etirazlar qarşıdurmalara çevrildi
İslamazeri.az-ın “Radikal”-a istinadən verdiyi xəbərə görə, Türkiyənin İstanbul şəhərinin müxtəlif bölgələrində İŞİD təkfirçi terrorçularının Kobaniyə hücumlarına etiraz məqsədilə aksiya və yürüşlər keçirən kürd qruplarla polis arasında qarşıdurmalar yaşanıb.
Polisin bibər qazından istifadə etdiyi qarşıdurmada, etirazçılar molotof kokteyli ve fişəng atıblar. Hətta etirazçılar bələdiyyəyə məxsus avtobusu da yandırıblar.
