
Avropada növbəti islamafob hadisə İsveçdə məscid yandırıldı
İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, İsveçin paytaxtı Stokholm şəhərindən 100 km aralıda yerləşən Eskilstun şəhərində məscid yandırılıb.
Yanğın zamanı iki nəfər dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Daha iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Bir nəfər isə sınıq xəsarəti alıb.
Hadisə şahidləri məscidin yandırıldığını bildirib. Şahidlər məscidin qarşısında əlində şüşə qabla şübhəli bir nəfəri gördüklərini bildiriblər.
Yandırılan məscid yaşayış binasının birinci mərtəbəsində yerləşir. Yanğın zamanı məsciddə 20 nəfər olduğu bildirilir. Xoşbəxtlikdən ölən olmayıb.