İsveçin paytaxtı Stokholmda məscidə qarşı islamofob hücum həyata keçirilib.
Qafqaz.ir xarici mediaya istinadən xəbər verir ki, bu barədə sözügedən məscidin sosial şəbəkə səhifəsində məlumat verilib.
Qeyd edilib ki, naməlum şəxslər yandırılmış Quran nüsxəsi məscidin qapısının yaxınlığından asılıb.
Daha öncə məscidin qapısında bir neçə svastika işarəsi çəkiblər və islamofob yazılar yazıblar.