
Son həftələr ərzində İsveçdə ardıcıl məscidlərə hücumlar edilir
İslamazeri.az–ın “thelocal.se”-yə istinadən verdiyi xəbərə görə, İsveçdə son iki həftə ərzində sayca üçüncü məscid yandırılıb. Yandırılan məscid İsveçin qərbində yerləşən Uppsala şəhərində yerləşir. Yanvarın birində gecə saatlarında naməlum şəxslər məscidə molotov kokteyli ataraq yandırıblar. Qapısına da islamafob yazılar yazılıb. Hadisə şahidləri məscidi söndürüblər. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, iki həftə öncə Eskilstun şəhərində məscidin yandırılması nəticəsində 5 nəfər xəsarət alıb. Dekabrın 29-da isə Esklev şəhərində digər bir məscid yandırılıb. Məscid boş olduğu üçün orada insan xəsarəti qeydə alınmayıb.