ArxivQadin və hicabXəbər lentiXəbərlər
İsveçrədə hicab qadağası ləğv edildi

İsveçrə məhkəməsi, Bosniyalı ailənin şikayətini qəbul edərək, St.Marqrethen məktəbində qeydiyyatda olan qızlarının dərslərə hicabla girə biləcəyi barədə qərar verdi.
İsveçrənin St.Gallen şəhərində olan St.Marqrethen məktəbindəki hicab qadağası ləğv edildi.
Cenubnews.com İnternet Qəzeti xəbər verir ki,St. Gallen məhkəməsi, Bosniyalı bir ailənin şikayətini qəbul edərək, St. Marqrethen məktəbində qeydiyyatda olan qızlarının dərslərə hicabla girə biləcəyi barədə qərar verdi.Məktəbdəki hicab qadağası ilə mübarizə bir ildən çox idi davam edirdi.Belə ki, Bosniyalı ailənin qızının 2013-cü il avqust ayında məktəbə hicab ilə gəlməsiindən sonra başlayan hicab qadağası, qızın ailəsi ilə məktəb rəhbərliyi arasında geniş mübarizəyə çevrilmişdi.
Qeyd edək ki,qərar hələ qüvvəyə minməyib.Ətraflı qərarın açıqlanması 3-4 həftə içində gözlənilir.