ArxivXəbər lentiXəbərlər
İtaliyalı məşhur siyasətçinin qızı hicab geyinərək müsəlman oldu

İtaliyalı siyasətçinin qızının hicab geyinməsi ölkədəki sosial şəbəkələrdə geniş əks-sədaya səbəb olub.
Deyerler.org-un xarici mətbuata istinadən xəbər verir ki, müsəlman olduqdan sonra Aişə adını seçən Manuela, İtaliyanın Dəyərlər Partiyasının sabiq deputatlarından Franko Barbatonun qızıdır.
Əl-Aləm televiziyası iyirmi yaşlı bu gənc qızın İtaliyanın İl Giornale qəzetinə danışdığı barədə yazıb: “Hicab Allahın mənim üçün seçdiyi yoldur, mən ruhumun təmizlənməsilə fəxr edirəm. Bu Allahın qanunudur. Mən kiməm ki, Allahın qanununa riayət etməyə etiraz edim?”
Aişə hicab bağladıqdan sonra, ruhunun rahatlıq tapdığını vurğulayaraq, hicabı “səmavi bir qanun və İslamı da ruhun saflaşmasında bir yol” kimi səciyyələndirib.