İzdihamlı Ərbəin yürüşünə start verildi

İraqın Bəsrə şəhərindən başlayaraq Kərbəla istiqamətində izdihamlı piyada Ərbəin yürüşlərinə start verilib
İslaminSesi.info xəbər verir ki, 1438-ci ilin ilk piyada Ərbəin yürüşü ötən gün Bəsrədən başlayıb.
İraqlılar səfər ayının 20-də yəni İmam Hüseynin 40-ı günündə Kərbəlada o həzrətin məzarını ziyarət etmək üçün indidən piyada olaraq yürüşə başlayırlar.
Səfər ayı başlayanadan sonra İraqın hər bir şəhərindən Kərbəla istiqamətdə piyada Ərbəin yürüşləri başlayır.
Amma xarici vətəndaşlar isə Ərbəin yürüşünü adətən Nəcəf-Əşrəf şəhərindən başlayırlar.
Nəcəflə Kərbəlanın ara məsafəsi təqribən 80 kmdir. Piyada zəvvarlar durmadan bu yolu getsələr 25 saata hədəfə çata bilərlər, Amma zəvvarlar adətən bunu bir həftə ərzində yerinə yetirirlər.
Nəcəf-Kərbəla yolunda 1452 sütun var ki onların ara məafəsi 50 metrdir. Zəvvarlar hər 20 sütunu keçməklə bir km qət etmiş olurlar.
İraq təhlükəsizlik mənbələri ötən ilin Ərbəin mərasimində 17 milyon zəvvarın Kərbəlaya üz tutduğunu demişdilər. Bu il rəqəmin 20 milyonu keçəcəyi ehtimal edilir.