ArxivXəbər lentiXəbərlər
İzmirdə 6 İŞİD-çi tutuldu

İzmirdə İŞİD terror təşkilatı üzvü olduqları iddiasıyla 3-ü Suriya əsilli 6 şübhəli yaxalanıb.
İzmirdə İŞİD terror təşkilatına qarşı əməliyyatda 6 şübhəli saxlanılıb.
qafqaz.ir İslamazeri.com-un istinadən verdiyi xəbərə görə, İzmir Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İzmir Polis İdarəsi Kəşfiyyat və Terrorla Mübarizə Şöbəsi kollektivləri şəhər mərkəzində bəzi ünvanlara eynivaxtlı əməliyyat keçirib.
Xüsusi Hərəkat polislərinin də dəstək verdiyi əməliyyatda 3-ü Suriya əsilli 6 şübhəli saxlanılıb.
Şübhəlilərin ünvanlarında və avtomobillərində aparılan axtarışda çoxlu sayda təşkilati proqram və material ələ keçirilib.
Sağlamlıq nəzarətindən keçirilən şübhəlilər sorğu-sual olunmaq üçün polisə aparılıb.