İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan dövləti ilə Qarabağda yaşayan erməni nümayəndələri arasında razılaşmaya münasibət bildirərək deyib ki, İran İslam Respublikası Azərbaycan dövləti ilə ermənilərin nümayəndələri arasında razılaşmadan nikbindir. Bu regionda münaqişələrin dayandırılmasını və məsələlərin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üçün dinc dialoq və mexanizmlərin yaradılması əsas maraq dairəsidir.İran Xarici İşlər Nazirliyinin sözçüsü müharibənin yalnız dağıntı və nifrət təzahürü olduğunu və paralel olaraq regionun sabitliyi və təhlükəsizliyinə təhlükə yaratdığını vurğuladıqdan sonra, Bakı ilə Qarabağda yaşayan erməni nümayəndələri arasında danışıqların müsbət qarşılandığını nəzərə çatdıraraq, bundan sonra hər hansı qarşıdurmanın baş verməsinə heç bir səbəb qalmayacağını və regionda daha bir müharibəyə şahid olunmayacağını bildirib.Daha sonda Kənani qeyd edib ki, İran İslam Respublikası region ölkələrinin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət edilməsini tələb edir və Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyinin müəyyən çərçivədə təmin ediləcəyinə inanır və region ölkələrinin iştirakı ilə daimi sülhün bərqərar üçün öz əlindən gələn yardımı etməyə hazır olduğunu bəyan edir. Bütün bunlarla yanaşı İran, üçüncü tərəflərin regional mövzulara cəlb edilməsini yalnız məsələlərin mürəkkəbliyinə gətirib çıxaracağına və əldə olunmuş razılaşmaları təhlükə altına alacağını bir daha nəzərə çatdırır.