Jurnalist Səxavət Məmməd Azərbaycan Müdafiə naziri Zakir Həsənovu və Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovu tənqid etdiyi üçün həbs olunub.
Jurnalist Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs cəzası alıb.
Rakurs.tv xəbər verir ki, bu barədə bloger Həbib Müntəzir məlumat yayıb.
O bildirib ki, jurnalist şəxsi bloqunda yazdığı yazıya görə, cəzalandırılıb.