Aktual
Jurnalist Nicat Əliyev və dindarların məhkəməsi keçiriləcək

Məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyev və onunla birlikdə təqsirləndirilən Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqi Emin, Məmmədov Səfər, Əliyev Əlinin növbəti məhkəmə iclası keçiriləcək.
Növbəti şahidlərin dindirilməsi gözlənilir.
Proses Zeynal Ağayevin hakimliyi ilə saat 10:30-da başlayacaq.