ArxivXəbər lentiXəbərlər

Jurnalist Nicat Əliyevin həbsindən 4 il ötdü

Hazırda məhbus həyatı yaşayan vicdan məhbusu Nicat Əliyevin həbs edilməsindən 4 il ötür

İslamazeri.az-ın verdiyi xəbərə görə, AzadXeber.az satının baş redaktoru, hazırda məhbus həyatı yaşayan vicdan məhbusu Hacı Nicat Əliyevin həbs edilməsindən 4 il ötür.

Qeyd edək ki, 2012-ci ilin may ayının 20-də Nicat Əliyev 3-cü mkr-da paltar mağazasında olarkən 20-yə yaxın mülki və polis formalı şəxs dükana daxil olaraq, onun, eləcə də mağazada olan alıcı və satıcıların mobil telefonlarını alıblar. Daha sonra Nicat Əliyevin qoluna qandal vurub, Yasamal rayonu, 27-ci polis bölməsinə aparıblar. 

Vəkili bu haqda deyir: “Nicat Əliyevin yeganə “günahı” 2012-ci ilin mayında Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi zamanı bu məzmunda tənqidi çıxış və məqalələri, o cümlədən xüsusilə “gey-parad”a etiraz etməsi olub. Hesab edib ki, əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda xalqın dini inancına görə bu cür paradların keçirilməsi yolverilməzdir. Məhz bu mövqeyinə görə o və daha 9 nəfər həbs olundu, ağlagəlməz işgəncələrə məruz qaldı və uzunmüddətli həbs cəzasına məhkum edildi”.

Nicat Əliyev yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının Azərbaycan hökumətindən azadlığa buraxılmasını tələb etdiyi şəxslərdən biridir.  Toyundan cəmi 23 gün sonra həbs olunan Nicat Əliyevə qarşı ittihamların şübhəli olduğunu bəyan edən “Amnesty International” onu da “vicdan məhbusu” elan edib, beynəlxalq qurumların siyahısına düşüb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button