ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycan XİN-dən İrana başsağlığı mesajı

Elmar Məmmədyarov iranlı həmkarı ilə telefonla danışıb

Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif ilə telefon söhbəti baş tutub.

Azərbaycan XİN-dən bildirilib ki, telefon danışığı zamanı nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər. Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. Nazir Məmmədyarov general Qasem Soleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin başsağlığı bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button