ArxivXəbərlər

Kəlbəcər rayon Yanşaq kəndindən Prezidentə şikayət!

Hörmətli redaksiya! mənim məcburi köçkün olduğumu nəzərə alıb mülkiyyət hüquqlarım pozulduğu üçün öz halal haqqımı ala bilmədiyim üçün mənım haq səsimi CƏNAB PREZİDENTİMİZƏ çatdırımasınada köməklik edəsiniz. Yazdıgım şikayəti qəzetinizdə, internet saytınızda işıqlandırılmasına və ya jurnalist araşdırmasına icazə verəsiniz .

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev

Ş İ K A Y Ə T

CƏNAB PREZİDENT ! Sizə Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayon sakini və məcburi köçkün kimi müraciət edirəm. CƏNAB PREZİDENT SİZ ÖZÜNÜZÜ AZƏRBAYCAN xalqının birinci xidmətçisi hesab etdiniz . AMMA AZƏRSU ASC də məmur özbaşınalığıdır . Öz vəzifələrindən sui istifadə edərək məni ələ salırlar və məni dolayırlar .
Yazıb Sizə məlumat üçün bildirirəm ki, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi Azərbaycan Respublikası Prezidentinin 972 saylı 25 avqust 2005-ci il tarixli sərəncamı və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2006-cı il büdcəsi barədə 346 saylı 28 dekabr 2005-ci il tarixli Fərmanı əsasında həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 382 saylı fərmanında “Torpağların dövlət ehtiyacları üçün alınması” haqqında Fərmanı qanuni qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin 12 dekabr 2012-ci il tarixli 310 saylı qərarında dövlət ehtiyacları üçün torpağ sahəsini alan dövlət orqanı “Azərsu” ASC-i müəyyən edilmişdir.

Nazirlər Kabinetinin 42S saylı 24 fevral 2006-cı il tarixli Sərəncamı əsasında “Azərsu” ASC sözügedən su kəmərinin çəkilişi ilə əlaqədar Sifarişçi olaraq müəyyən olunmuşdur.
2010-cu il tarixdən “Azərsu” ASC-nin sədrinə mülkiyyət hüquqlarımın pozulması ilə bağlı ərizə ilə müraciət etsəm də cavabsız qalmışdır. Xahiş edirəm mənim ərizəmin icrasını Prezident Administrasiyasında araşdırılmasına icazə verəsiniz. Çünki Faktlar, Sənədlər və Sübutlar “Azərsu” ASC-də düzgün araşdırılmır.

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi zamanı, Abşeron rayonu, Hökməli qəsəbəsində sahəsi 0.0,5 ha torpağ sahəsinə olan mülkiyyət hüququm pozulmuş, həmin torpağın üzərində olan fərdi yaşayış evim, daş hasarım və dəmir darvaza qanunsuz olaraq “Azərsu” ASC-ti tərəfindən zəbt olunmuş və sökülmüşdür. “Azərsu” ASC-ti cənab Prezidentin 2 fərmanını və Nazirlər Kabinetinin 3 qərarını icra etməkdən boyun qaçırır.

“Azərsu” ASC-nin sədr müavini cənab Seymur Seyidov və şöbə müdürü cənab Şahin Camalov 2013-cü ilin noyabr ayında mülkiyyət hüququm pozulduğu üçün mənə kompensasiyanın tam şəkildə verilməsini vəd etdi.
“Azərsu” ASC-nin sədri Cənab Qorxmaz Hüseynov 10.12.2013-cü il tarixdə QH-13/17668 saylı məktubla Abşeron rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova müraciət edərək mənim mülkiyyətimdə olan torpağ sahəsinə rəy və sərəncam verilməsini xahiş etmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcov 30.01.2014-cü il tarixdə №285 saylı məktubu ilə rəy vermişdir.
30.01.2014-cü il tarixdə №18 saylı məktubu ilə, mənim mülkiyyətimdə ola torpağ sahəsinin üzərində mənim razılığım əsasında, “Azərsu” ASC-nin tikili aparılmasına sərəncam vermişdir.
Lakin hal-hazırda mənə məlum olmayan səbəbdən “Azərsu” ASC-nin mənə kompensasiyanın verilməsindən imtina edir. Dövlət məmuru tərəfindən məni dolamaqlarına, əla salmaqlarına və aldatmaqlarına aydın gətirəsiniz.

Azərbaycan Respublikasının Konstitusiyası və Dövləti mənim mülkiyyət hüququma təminat verdiyi halda, “Azərsu” ASC-ti mülkiyyət hüququmu pozduğu üçün təəccüb edirəm.
Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiyanın 29-cu maddəsində deyilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

XAHİŞ EDİRƏM
Mənə Azərbaycan Respublikasının Konstitusiyası və Dövləti tərəfındən mülkiyyət hüquqlarıma təminat verildiyi üçün və mülkiyyət hüququm “Azərsu” ASC tərəfindən pozulduğu üçün, konstitusion və mülkiyyət hüquqlarımın bərpa olunmasında, kompensasiyanın “Azərsu” ASC-ti tərəfindən verilməsində köməklik edəsiniz.
Cənab Prezident SİZİN Sərəncamlarınızı icra etməyən, qanunlarımızı pozan öz vəzifələrindən sui-istifadə edən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasında mənə köməklik edəsiniz./dia.az/

HÖRMƏTLƏ Mürsəlov Zamin Saqi oğlu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button