Nasir Kənani deyib: “Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarının İrana getməsi ilə bağlı xəbərdarlıq edib. Bu, qondarma, işğalçı və uşaq qatili olan sionist rejim prezidentinin Bakıya son səfəri zamanı apardığı siyasətin eynisidir. Azərbaycan xalqını qorxutmalı olan sivil və İslami İran deyil, İsraildir”.
İran XİN-in sözçüsü sonra bildirib: “Bizim siyasətimiz hələ də vizanı ləğv etmək və azərbaycanlı bacı-qardaşlarımıza qollarımızı açmaqdır. Qarşılıqlı hörmət çərçivəsində təbii ki, qonşuluq siyasətinin davam etdirilməsi gündəmimizdə əvvəldə gəlir”.
Qeyd edək ki, Azərbaycan XİN bu ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırıb
Azərbaycan XİN Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə edib.