İslami Şura Məclisinin kənd təsərrüfatı komissiyasının üzvü Cəhangirzadə kənd təsərrüfatı və istehsal məhsullarının Avrasiya ölkələrinə çıxışında Rusiyanın İran və Azərbaycan arasında dəmir yolu yük terminalına təkid etdiyini vurğulayaraq deyib: “Ərdəbil əyalətində və Muğan bölgəsində İran və Azərbaycan arasında dəmir yolu yük terminalının yaradılmasının ardıncayıq. Bu sahədə artıq lazım olan razılaşmalar əldə edilib.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Parsabad və Biləsuvar əhalisinin İslami Şura Məclisində təmsilçisi Abbas Cahangirzadə kənd təsərrüfatı məhsullarının Rusiya və Avrasiyaya ixracatı potensialından istifadə etmək barədə deyib: “Kənd təsərrüfatı sahəsində çox yüksək potensiallarımız mövcuddur. Bu potensiallardan istifadə etməklə Rusiya və Avrasiya bazarının bir hissəsini təmin edə bilərik.”
Məclisin kənd təsərrüfatı, su, təbii sərvətlər və ekologiya işləri üzrə komissiyasının üzvü ixracatçıların və icra işləri ilə məşğul olan məsul şəxslərin narahatlıqlarından biri də kənd təsərrüfatı məhsullarının Rusiya və Azərbaycana necə ixracı edilməsi ilə bağlı olduğunu bildirərək deyib: “Ərdəbil əyalətində və Muğan bölgəsində İran və Azərbaycan arasında dəmir yolu yük terminalının yaradılmasının ardıncayıq. Bu sahədə artıq lazım olan razılaşmalar əldə edilib.”
Cahangirzadə əlavə edib ki, kənd təsərrüfatı məhsullarının ixracında və İran istehsal etdiyi malların Avrasiya ölkələrinə çıxışında Rusiya İran və Azərbaycan arasında dəmir yolu yük terminalına təkid edir, biz bu məhsulların Rusiyaya ixracının həcmini artırmağa səy edirik.
Avrasiya ölkələri, xüsusilə də Rusiya ilə iqtisadi münasibətlərdə əsas məqsədin kənd təsərrüfatı və istehsal məhsullarını ixrac etmək olduğunu bildirən millət vəkili deyib: “Kənd təsərrüfatı və istehsal məhsullarının ixracı qarşılığında ölkədə ehtiyac duyulan bir sıra məhsulları idxal edə bilərik.”