Vəhhabilər müqəddəs Quranı Azərbaycan dilində istədikləri kimi tərcümə ediblər + Foto

Vəhhabi – sələfi Əlixan Musayevin etdiyi Quran tərcümələri kitab halında,mobil və kompyüter proqramları və müxtəlif Quran saytlarında məqsədyönlü olaraq Əhli Beytə aid olan ayələr dəyişdirilərək istədikləri kimi tərcümə olunub.
Mobil telefonlardan əsasən Androidlərdə və Aple shirkətinin buraxdığı İpone telefolarının marketlərində olan Azərbaycanca Quran tərcümələri bu saxtakarın tərcümələri ilə doludur.Saxtakarlıqlardan birini sizin nəzərinizə çatdırırıq .Maidə surəsinin 55-ci ayəsinin tərcüməsində olan “ruku halında zəkat verənlər” kəlməsini , “onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər” kəlməsi ilə əvəz etməklə, məqsədləri ərəb dilini bilməyən insanları İmam Əli əleyhissalamın şəninə nazil olmuş vilayət ayəsindən qafil etməkdir.
2013 cü ilin Həcc ziyarətində olan Hacılara bu saxtakarın tərcümə etdiyi Quranlar vəhhabilər tərəfindən paylanılmışdır .Bundan əlavə vəhhabilər vətənimizin hər bölgəsində bu saxta tərcüməsi olan Quranı paylayıblar. Həmin məqsədyönlü olaraq yanlış tərcümə olunmuş Quranın nişanələrini səhifəmizdə qoyuruq və bu əlamətli Quran tərcüməsi Vəhhabilər tərəfindən Səudiyyə Ərəbistanında nəşr olunaraq Azərbaycana gətirilmişdir.Quran tərcüməsi alarkən və ya sizə həddiyyə kimi verilərkən mütləq Maidə surəsinin 55-ci ayəsindəki yuxarıda yazdığımız fərqlərə diqqət etməklə və yaxud qoyduğumuz nişanələri görməklə tərcümənin kimlərə məxsus edilməsini ayırd edə bilərsiniz.
Xəbərdən istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!