ArxivXəbər lentiXəbərlər

Türkiyə lirəsinin dəyəri süqut etməkdə davam edir

Bir həftə bundan öncədən Türkiyə bazarında artmaqda olan xarici valyutaların məzənnəsi bu gün iş həftəsinin birinci günündə yenə də ciddi rekordu qeydə alıb.

Bu gün Türkiyə lirəsinin dəyəri avro qarşısında yeddi, dollar qarşsında isə səkkiz faiz tənəzzül edib. Türkiyənin milli valyutası dəyərinin cari ildə düşməsi dollar qarşısında bütövlükdə 84.2, avro qarşısında isə təqribən 74,2 faizə çatıbdır. Xarici valyutaların məzənnələrinin durmadan artması ilə Türkiyədəki valyuta mərkəzlərində dollar və avro üzrə alış-veriş də dayanıbdır. Cari milad ilinin əvvəllərində Türkiyə bazarında bir dollar 3,75 lirəyə dəyişdirilirdi, amma bu məzənnə bu gün misli görünməmiş 6,91 lirəyə çatıb və dollar qarşısında lirənin dəyərinin 84,2 faizlik tənəzzülü ilə Türkiyənin valyuta bazarında yeni rekord qeydə alınıbdır. Həmçinin 2018-ci ilin əvvəlində Türkiyə bazarında bir avronun qiyməti 4,5 lirə idi, amma xüsusən son bir neçə gündə nəzərəçarpacaq artımla misli görünməmiş 7,84 lirəyə çatıb və avro qarşısında lirənin dəyəri 74,2 faiz aşağı düşübdür. Cümə günü səhər tezdən Türkiyənin milli valyutası dəyərinin nəzərəçarpacaq dərəcədə süqut etməsinin ardınca bu ölkənin mediaları və valyuta mərkəzləri valyutanın məzənnəsini ani formada elan edirlər.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan “Bir daha siyasi və hiyləgər bir oyunla üzləşirik” deyərək,  Amerikaya xitabən bildirib: Sizin oyununuzu gördük və və rəqib tələb edirik. O, vurğulayıb: Çevriliş və təhrikedici hərəkətlərlə görə bilmədikləri işi pul ilə görmək istəyirlər və bu hərəkətin adı, açıq şəkildə iqtisadi savaşdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button