ArxivFatimi yaşayişIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Kərbəla ziyarətgahlarında Həzrət Zəhranın (ə) şəhadət mərasimi – FOTOLAR

Qafqaz.ir xəbər verir ki, minlərlə zəvvar dünən Həzrət Fatimeyi-Zəhranın (ə) şəhadətinin ildönümünü Kərbəladakı iki müqəddəs məkan – İmam Hüseyn (ə) və Həzrət Abbasi (ə) ziyarətgahlarında yad edib.
Kərbəlanın qədim şəhər mərkəzinə və müqəddəs məkanlara aparan yollar boyunca ölkə daxilindən və xaricindən böyük izdiham müşahidə olunub. Zəvvarlar müqəddəs məkanları ziyarət edərək, bu ağır ildönüm münasibətilə öz başsağlıqlarını ifadə ediblər.
Həzrət Abbas (ə) ziyarətgahı zəvvarların ehtiyaclarını qarşılamaq üçün bütün imkanlarını səfərbər edib. Təhlükəsizlik və sağlamlıq xidmətlərindən tutmuş, qida və içməli su təminatına qədər hər cür dəstək göstərilib. Bundan əlavə, digər logistik xidmətlər də ziyarətçilərin rahatlığı üçün təşkil olunub.