Kərbəlada Şəhid Mübariz İbrahimov adına xeymə – (FOTO)

Yaxınlaşan “Ərbəin” günü münasibəti ilə dünyanın müxtəlif yerlərindən milyonlarla insan müqəddəs Kərbəlaya axışıb, şəhidlər ağası İmam Hüseynin ziyarətinə tələsirlər.
İmam Hüseyn ziyarətçilərinin qarşılanması üçün İraqda çox sayda xeymələr, istirahət məkanları qurulsa da Kərbəla şəhərində şəhid Mübariz İbrahimovun adına qurulmuş xeymə daha çox diqqət çəkib. Xeymə 1000 ziyarətçinin gecələməsi və istirahəti üçün nəzərdə tutulub. Xeymədə əsasən azərbaycanlı ziyarətçilərə xidmət göstəriləcək.
Qeyd edək ki, bu və digər xeymələrdə yemək, istirahət və gecələmək pulsuzdur.
Ərbəində Kərbəlaya gedən ziyarətçilər Mübariz İbrahimov adına olan Azərbaycan xeyməsinin aşağıda qeyd edilən adresinin fotosunu çəkib telefonlarında saxlasalar Kərbəlada yerli əhaliyə göstərib ünvanı tapa bilərlər./sizinyol/
طریق کربلاء, طویریج, فلکه قنطرة السلام طریق الحولی او شارع مستشفی العباسی الاهلی قرب السیطرة