Kərbəlaya gedən zəvvarlara şad xəbərlər var

Kərbəla əyalətində Ərbəin ziyarəti ilə əlaqədar İraq hökumətinin müvafiq qurumları tərəfindən zəvvarların rahatlığı üçün bəzi işlər görülüb .
İslaminSesi.info Kərbəla əyaləti qubernatorluğunun rəsmi saytına istinadla xəbər verir ki Nəcəf-Kərbəla yolu boyu (80 km) 350 ədəd internet kabina quraşdırılıb. Məlumata görə bu addım İranın bir şirkəti tərəfindən həyata keçirilib.
Kərbəlada İmam Hüseyn Ziyarətgahının İdarəsinin turizm şöbəsi gömrük postlarından zəvvarların Kərbəlaya nəql edilməsi üçün havayı avtobusların nəzərdə tutulduğunu deyib.
Kərbəla əyalətinin Təhsil İdarəsi isə Ərbəinə görə 10 gün müddət ərzində təhsil ocaqlarında dərsləri tətil edib.
Kərbəla polisi isə zəvvarların rahat gediş-gəlişini və təhlükəsizliyini təmin etmək üçün şəhərə maşınların daxil olmasına məhdudiyyətlər qoyub.
Bundan əlavə İran və İraqın müvafiq rəsmiləri Tehran-Kərbəla qatarının da işə başladığını bildiriblər.
Nəcəf-Kərbəla yolunda bəzi bölgələrdə də səyyar səhiyyə xidmətləri göstəriləcək.
Kərbəlada yaxın həftə ərində hava tempraturunun 28-32 dərəcə civarında olacağı bildirilib.
(Allah ziyarətinizi qəbul eləsin)