Kərim-i Əhli Beyt İmam Həsən Müctabanın təvəllüdü mübarək

Bu gün bazar 1393-cu günəş ili 22 tir, 1435-ci qəməri ili 15 ramazan , şiələrin ikinci imamı Həzrət İmam Həsən Müctaba (əs)-ın mübarək doğum günüdür.
İmam Həsən Müctaba (əs) 3-cü h.q ilinin ramazan ayının yarısında Mədinə şəhərində dünyaya göz açıb. O həzrət ulu tanrının Həzrət Əli ibni Əbitalib (əs) və Allahın Rəsulunun qızı Həzrət Fatimə Zəhra (sə)-a bağışladığı ilk övlad olmuşdur.
İmam Həsən (əs)-ın miladının axşamı və günü ilə eyni vaxtda İranın 8 mindən çox məscid və təkyələrində xüsusi tədbirlər keçirilir.
Həmin münasibətlə şənbə (ötən gücə) İranın şimal şərqində yerləşən Məşhəd şəhərində Həzrət İmam Rza (əs)-ın müqəddəs bargahında, Tehran şəhərinin cənubunda yerləşən Qum şhərində özəl mərasimlər həayata keçirdi. Həmçinin İranın hər bir güşəsində İmam Həsən (əs)-ın mövludu münasibəti ilə mövludxanlıq, dua və razi-niyaz mərasimləri keçirilib.
Natiqlər bu mərasimlərdə Həzrət İmam Həsən (əs)-ın əxlaqi səciyyələrinə toxunub, məddahlar o Həzrətin ülvi əxlaqi ğzəllikləri haqda şerlər və mədhlər oxuyublar.
İran İslam Respublikasının Tele-Radio Təşkilatının Sərhədaşırı Bölməsinin Azeridilli Tehran Radiosu bu münasibətlə bütün Əhli- Beyt (ə) aşiqlərini təbrik edir.