Çeçenistan Respublikasında keçirilən xüsusi əməliyyat nəticəsində Suriyada İŞİD terror qruplaşmasının düşərgələrində təlim keçərək geri qayıdan üç döyüşçü məhv edilib.
Qafqaz.ir publika.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov bildirib.
“Çeçenistan Respublikası və bütün Rusiyaya qarşı mənfi düşünən hər kəsin sonu belə olacaq”, – Kadırov deyib.
O, əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında zərər çəkən yoxdur.