Kadırov “İnstagram”da Suriya ilə bağlı açıqlama yayıb

Çeçenistan muxtariyyətinin rəhbəri Ramzan Kadırov Suriya münaqişəsi ilə bağlı maraqlı açıqlama ilə çıxış edib
Islamazeri.az-ın verdiyi məlumata görə, çeçenistanlı lider öz İnstaqram səhifəsində gənc bir oğlanla birlikdə çəkilmiş şəkili paylaşaraq yazıb:
“Əssalamu əleykum dostlar! Bu gün Berdıgöl kəndinin sakini İslam Məhəmmədovu qəbul etdim. O, 3 ay evində olmamışdı. Sonradan məlum olub ki, cihad haqqında söhbətlərlə aldadılaraq Suriyaya aparılıb. İslam orada iman və ədalət uğrunda müharibə olan cihaddan əsər-əlamət görmədiyini deyir. Onun sözlərinə görə, Suriyada ölkəni tamamilə məhv etməyə, iqtisadiyyatı sarsıtmağa və müqəddəs yerləri dağıtmağa yönəlmiş müharibə gedir. Yaraqlılar Peyğəmbərin (s) səhabələrinə məxsus ziyarətgahları dağıdırlar, imamları (axundları) öldürürlər. Həmçinin qruplaşmalar qarətçilik və özgə malının mənimsəməsində bir-birləri ilə rəqabətə giriblər. İslam vurğulayıb ki, orada cihad getsəydi, o heç vaxt Suriyanı tərk etməzdi, amma orada “bandit” savaşı gedir. O, cavanları Suriyaya xalqının düşmənlərinə uymamağa və müharibəyə getməməyə çağırıb.”
Ramzan Kadırov bundan əvvəl də dəfələrlə Suriya münaqişəsinin həqiqətlərini ifşa edən bəyanatlarla çıxış edib. O, bir neçə ay əvvəl İsrail casuslarını çeçen cavanlarını aldadaraq Suriya müxaliflərinə qoşmaqda ittiham edərək, bu ölkədə əslində heç bir cihadın getmədiyini bildirmişdi.
Kadırovun rəsmi “İnstagram” səhifəsindən: http://instagram.com/p/c65rTciRvK/