ArxivXəbər lentiXəbərlər

KADIROV MÜSƏLMAN ÖLKƏLƏRİNİ YARDIMA ÇAĞIRDI

Çeçenistan rəhbəri Ramzan Kadırov bütün müsəlman dünyasının liderlərinə səslənərək miqrantların müdafiəsinə qalxmaq çağırışı ilə müraciət edib.

İslaminsesi.org-un Rusiya mətbuatına istinbadən verdiyi xəbərə görə, Ramzan Kadırov öz Twitter səhifəsində müsəlman ölkələrinin liderlərinə səslənib:“Bu gün, aclıqdan və müharibələrdən qorunmaq üçün yüz minlərlə insan Avropada sığınacaq tapmaq istəyir. Lakin onlar Aralıq dənizində boğulurlar. Aralıq dənizi Afrika və Asiya ölkələrinin vətəndaşlarının qəbrstanlığına çevrilib. Bütün ərəb və müsəlman dünyası bütövlükdə təhlükə altında olan zəif, məzlum insanlara qayğı göstərməyə borcludur. Mən Qətər, Oman, Bəhreyn, Küveyt, İordaniya, İndoneziya, Malayziya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Tacikistan, Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ-nin müsəlman ölkələrinin liderləri Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ kimi müsəlman ölkələrinə “din qardaşlarımızın müdafiəsinə qalxmağa” çağırıram.”

Kadırov iddia edir ki, məhz ABŞ və Qərb Liviya, Yəmən, Əfqanıstan, İraq, Suriya və Fələstində baş verən faciələrdə günahkardılar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button