ArxivXəbər lentiXəbərlər
Kadırov Xodorkovskini şəxsi düşməni elan etdi

Çeçenistan Prezidenti Ramzan Kadırov YUKOS neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskini müsəlmanların və özünün şəxsi düşməni elan edib.
“Trend”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb M.Xodorkovskinin “Charlie Hebdo” nəşrinə dəstək olaraq jurnalistləri qalamaqallı karikaturları dərc etməyə çağırması olub.
R.Kadırovun sözlərinə görə, biznesmen hərəkətləri ilə “özünü çarmıxa çəkdi”: “Xodorkovskinin yaşadığı İsveçrədə “minlərlə qanunsevər vətəndaş” onu məsuliyyətə cəlb etməyi tələb edəcək. Görünən odur ki, bu tələb kobud və həssas olacaq”.