ArxivXəbər lentiXəbərlər
Kadırovdan əmr: “Onlar güllələnsin”

Çeçenistanda sabitliyi pozanlar güllələnməlidir.
Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov “Novoya Qazeta”ya açıqlamasında deyib.
“Çeçenistan Respublikasında sabitliyi pozanlara atəş açılsın. Bunun qanuni olub-olmaması fərq etmir. Vurulsun. Anladınız? Onda problem də olmaz. Bax bu qanundur”, – Kadırov bildirib.
Xatırladaq ki, Kadırov çıxışlarında bir neçə dəfə Rusiya hakimiyyəti əleyhinə olanları vətən xaini adlandırmışdı.
Bu səbəbdən onun “sabitliyi pozanlar” dedikdə məhz rusiyalı müxalifləri nəzərdə tutduğu güman edilir.