Aktual
Kampaniyanın 2-ci mərhələsinə start verildi

Tale Bağırovun Müdafiə Komitəsi 15 iyul tarixindən imzatoplama kampaniyasının 2-ci mərhələsinə start verildiyini bildirib. Bu barədə Azadxeber.net internet qəzetinə komitənin koordinatoru Mir Qasım Əliyev məlumat verib. Onun bildirdiyinə görə, ümumilikdə kampaniya Ramazan ayının son cümə gününə qədər davam edəcək. Qeyd edək ki, kampaniyanın 1-ci mərhələsinə (elektron imzatoplama) iyul ayının 1-dən start verilmişdir.