Məhdi Rəsuli: Azərbaycan xalqı vilayət əhval-ruhiyyəlidir

Əhli-beyt (ə) məddahı Məhdi Rəsuli Azərbaycan Respublikası xalqının vilayətçi olduğunu deyib.
Qafqaz Həqiqətləri xəbər verir ki, Zəncanda keçirilən “Qarabağ münaqişəsi; zəminələr, səbəblər və nəticələr” konfransında çıxış edən tanınmış məddah Hacı Məhdi Rəsuli “Salam olsun İbrahimə” kitabı və onun Azərbaycan Respublikası döyüşçülərinə təsirindən söz açaraq deyib: “Müqəddəs Müdafiəyə aid kitabların tərcümə edilməsi və nəşri Azərbaycan Respublikasının müsəlman xalqı arasında çox böyük təsir qoymuşdur. Əgər Azərbaycanda “Salam olsun İbrahimə” kitabını oxumaqla həyatlarında hansı hadisə və dəyişikliklərin baş verdiyi kəslərin sözlərini yazsaq bir kitab olar. Əldə olan məlumata görə, 200-ə yaxın adam sosial şəbəkələrdə bildiriblər ki, şəhid İbrahim Hadidən hacət alıblar. Bu əsasla, müharibə rəvayətlər müharibəsidir.”