ArxivXəbər lentiXəbərlər
Kann qalibi Qızıl Palmanı Cəmkəran Məscidinə bağışladı

İranlı sənətçilərin İslam sevgisi
Xəbər vermişdik ki, məşhur İran kinoaktyoru Şahab Hüseyni 69-cu Kann beynəlxalq kinofestivalının Qızıl Palma mükafatına layiq görülüb. Şahab Hüseyni öz uğurlarına görə xalqa borclu olduğunu söyləmişdi. Mükafat iranlı aktyora Nimeyi-şəban günü, İmam Mehdinin (ə) ad günü təqdim edildi. Kann qalibi qürur yaşadan bir addım atıb. Şahab Hüseyni Qızıl Palmanı İmam Mehdinin (ə) adına bağlı Müqəddəs Cəmkəran Məscidinə (Qum) bağışlayıb.