Zəhra Səmədova atasını ad günü münasibətilə təbrik etdi
Həbsdə olan Azərbaycan islamçılarının lideri Mövsüm Səmədovun bu gün 50 yaşı tamam olur. Dr.Səmədovun qızı Zəhra Səmədova atası ilə bağlı fikirlərini qələmə alıb: “Yanımızda olarkən elə başa düşürdüm ki, ona oxşamaq və onun kimi olmaq mənim üçün çox da çətin olmaz. Amma zindana düşən gündən, anlamağa başladım ki, doğurdan da o, tam başqa bir insandır . Mehriban ata və ziyalı bir insan olmaqla bərabər o, həqiqətən də çox şücaətli, dağ kimi möhkəm, misilsiz bir şəxsiyyətdir. Keçən müddət ərzində atamın sarsılmaz iradə sahibi olduğunu gördüm. Tək Azərbaycanda yox, bəlkə bütün dünyada belə insanlar çox azdır. O elə bir kəsdir ki, qorxu onun üçün yalnız Allah qarşısında məna kəsb edir, təvazökarlıq isə onun bütün hərəkətlərində özünü biruzə verir. Bütün bu keyfiyyətlərlə yanaşı, zülmə qarşı durmağa, öz canı bahasına olsa belə, həmişə hazırdır! Dr.Səmədov doğrudan da xalis bir bəndədir və bəzi işləri sona yetirə bilmədikdə belə, yenə ümidini əldən vermir. İndi başa düşürəm ki, ona oxşamaq, yəni, dünya naz-nemətlərini buraxıb məhz Əhli-Beyt yolunda addımlamaq, ona yar olmaq üçün hər çətinliyə dözmək və bütün bunları dildə yox, əməldə etmək asan iş deyil. Atacan, Allahdan yalnız bunu istəyirəm ki, eynilə sənin kimi İmamımız (ə.f) üçün vəfalı bir aşiq olmağı mənə də qismət etsin. Atacan, indi əvvəlkindən daha çox sənə bənzəmək istəyirəm və hər necə olursa-olsun, inşaallah, buna çatmaq niyyətindəyəm! Ad günün mübarək!!!”