ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Keçmiş hicab məhbusu saxlanıldı

Bakı şəhəri Binə qəsəbə sakini, keçmiş hicab məhbusu Arif Fətəliyev 8 aprel tarixində saxlanılıb.
Qafqaz Həqiqətləri xəbər verir ki, onu evindən aparıblar. Arif Fətəliyevin saxlanma yeri və səbəbi bəlli deyil.
Qeyd edək ki, o, 5 oktyabr 2012-ci il tarixində “Hicaba azadlıq” şüarı ilə keçirilən etiraz aksiyasında həbs edilib. Nərimanov rayon məhkəməsi Arif Fətələliyevə 2 il həbs cəzası vermişdi. A.Fətəliyev 2014-ci ilin 3 oktyabr tarixində saxlanıldığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən sərbəst buraxılıb.