Müdafiə Nazirliyi Qarabağda lokal hərbi əməliyyata başladığını açıqladı (canlı bloq)

Xocavəndin “meri” həlak olub
Azərbaycan Ordusunun başlatdığı hərbi əməliyyat nəticəsində Xocavəndin “mer”i Aznavur Saryanın həlak olduğu bildirilir. Məlumatı separatçı rejim təsdiqləyir.
Qısa link: mtv.re/az/?p=285137/#xocav-ndin-meri-h-lak-olub
- 23:43
Ağdamda bir mülki şəxs yaralanıb
Baş Prokurorluğun məlumatına görə, Ağdam rayonunun atəşə tutulması nəticəsində ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskovator operatoru, 1992-ci il təvəllüdlü mülki şəxs Həsənov Mehman Fikrət oğlu çoxsaylı qəlpə xəsarətləri alıb.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.11, 29, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürməyə cəhd) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib.
Qısa link: mtv.re/az/?p=285137/#agdamda-bir-mulki-s-xs-yaralanib
- 21:49
Ermənistanda daha bir nəfər saxlanıldı
Ermənistanda daha bir nəfər zorakılığa çağırış ittihaml ilə saxlanılıb.
Bildirilir ki, Serob Naltakyan hökumət binası qarşısında zorakılığa çağırışda və zorakılığa haqq qazandırmaqda şübhəli bilinərək həbs edilib.
O, səsgücləndirici vasitəsilə deyib:
“Əgər nəyisə sındırmaq istəyiriksə, onu birlikdə sındıracağıq. Bacardığımız qədər çox insana zəng edək. Zəhmət olmasa döyün, aldadın, inandırın, gəlsinlər”.
Qısa link: mtv.re/az/?p=285137/#erm-nistanda-daha-bir-n-f-r-saxlanildi
- 21:39
Şuşada bir mülki vətəndaşın həlak olduğu bildirilir
Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən, Ermənistan Silahlı Qüvvələrinin Şuşa şəhərini minaatanlardan atəşə tutması nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü mülki şəxs, Fərhadov Vidadi Aydın oğlu həlak olub.
Qısa link: mtv.re/az/?p=285137/#susada-bir-mulki-v-t-ndasin-h-lak-oldugu-bildirilir
- 21:14
Xankəndidə 25 nəfərin həlak olduğu bildirilir
Qısa link: mtv.re/az/?p=285137/#xank-ndid-25-n-f-rin-h-lak-oldugu-bildirilir
- 20:59
Müdafiə Nazirliyi növbəti brifinqini keçirib
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov media üçün keçirdiyi brifinqdə hərbi əməliyyatlarla bağlı bəzi detalları açıqlayıb.O qeyd edib ki, əməliyyat davam etdirilir.
“Tədbirlər zamanı Ermənistan Silahlı Qüvvələrinin 60-dan çox döyüş mövqeyi nəzarətimizə keçib”, – Eyvazov belə deyib.
Onun sözlərinə görə, Xocalının Pirlər, Xanabad, Ağbulaq və Naxçıvanlı, Xocavəndin Cütçü və Ağdərənin Canyataq kəndləri tamamilə boşaldılıb, erməni əhali təxliyə edilib:
“60-dan çox döyüş mövqeyi silahlı qüvvələrimizin nəzarətinə keçib. Bundan başqa, Ermənistan silahlı qüvvələrinə məxsus 20-yə qədər hərbi təyinatlı avtomobil, 20-dən çox artileriya qurğusu, 2 ədəd zenit raket qurğusu və digər hərbi təyinatlı obyektlər zərərsizləşdirilib”.
Qısa link: mtv.re/az/?p=285137/#mudafi-nazirliyi-novb-ti-brifinqini-kecirib
- 20:58
Ermənistanda hərbi çağırış edən gənc saxlanılıb
Qısa link: mtv.re/az/?p=285137/#erm-nistanda-h-rbi-cagiris-ed-n-g-nc-saxlanilib
- 20:46
Azərbaycan Fransaya nota verdi, bəyanatını rədd etdi
Sentyabrın 19-da Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya nota verib. Nazirlik bildirib ki, Qarabağda qanunsuz Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq görülən tədbirlər barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edirlər:
“Fransanın mövqeyi Parisin müstəmləkə bölgələrində bu gün üzləşdiyi mövcud vəziyyətdən dərs almadığını və bu məsələdə əvvəlki davranış və siyasətini davam etdirdiyini göstərir. Fransa rəsmiləri, Milli Assambleyası və Senatı Azərbaycana qarşı bəyanatlar verilməsi və sənədlərin qəbulunda Ermənistandan daha fəal çıxış edirlər”.
“Fransanın islamofob və anti-Azərbaycan siyasəti və onun daxili işlərimizə qəbuledilməz müdaxiləsi göstərir ki, Fransa regiondan nə qədər uzaq olsa, region üçün bir o qədər yaxşı olar“, – deyə bəyanat bu cümləylə yekunlaşıb.
Qısa link: mtv.re/az/?p=285137/#az-rbaycan-fransaya-nota-verdi-b-yanatini-r-dd-etdi
- 19:37
Xankəndidə 80 yaralının olduğu bildirilir
Azərbaycanın başladığı hərbi əməliyyat nəticəsində Xankəndidə (Stepanakert) 80 nəfərin yaralandığı bildirilir. İlkin məlumata görə, onlardan 15-i mülki şəxsdir. Yaralılar Stepanakert (Xankəndi) Tibb Mərkəzinə çatdırılıb.“Artsax Səhiyyə Nazirliyi”nin məlumatına görə, Azərbaycanın artilleriya hücumu nəticəsində beş nəfər həlak olub.
Qısa link: mtv.re/az/?p=285137/#xank-ndid-80-yaralinin-oldugu-bildirilir
- 19:34
Azərbaycan Aİ-nin bəyanatını rədd edir
Aİ Qarabağda hərbi eskalasiyanı pisləyir və insan tələfatından təəssüflənir.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel (Josep Borrel) bu barədə “X” (keçmiş“Twitter”) hesabında paylaşıb.
“Biz hərbi əməliyyatları dərhal dayandırmağa və Azərbaycanı mövcud hərbi fəaliyyətləri dayandırmağa çağırırıq”, – Borel deyir.
Danışıqlar əsasında nəticə əldə etmək üçün bütün tərəflərin öhdəliyi tələb olunur.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu bəyanatı rədd edir və düşünür ki, Azərbaycanın öz suveren ərazilərindəki fəaliyyəti qəsdən təhrif olunur.