ArxivIslamXəbər lentiXəbərlər

Kralın qəbirini ziyarət etmək və əl sürtmək bidət deyilmiş – Fotolar

Başda Peyğəmbərlər, İmamlar və övliyaların qəbirlərinin ziyarətini şirk kimi qəbul edən, ölüyə Qurani-Kərim oxumağı, dua etməyi, həmçinin qəbirə əl vurmağı müşriklik kimi görən Səudiyyənin, dolayısı ilə vəhhabilərin münafiqliyi Kral Abdullahın ölümü ilə gün üzünə çıxdı.

Nardaranpiri.com-un FaktXəbər-ə istinadən məlumatına görə, Kralın məzarının başında çəkilən görüntülərdə vəhhabilərin bəzilərinin kralın qəbirinə əl sürtdükləri, bəzilərinin Krala (yəni ölüyə- red.) dua etdiyi, bəzilərinin isə qəbirin üstündə ağladığı görünür. Bu, vəhhabilərin, sələfilərin və təkfirçi anlayışın iki üzlüyünü, yəni münafiqliyini sübut edir. 

Bundan əlavə, Kral Abdullahın dəfn prosesi zamanı çəkilən videoda da maraqlı bir nüans gözə dəyir. Kral basdırılarkən bir tərəfdən kralın mühafizəçisi, digər tərəfdən isə şahzadə Mutab bin Abdullah bin Əbdüləziz arasında mübahisə yaşanır. Kral Abdullahın əbasını bir tərəfdən mühafizəçisi, digər tərəfdən şahzadə Mutab bin Abdullah bin Əbdüləziz almağa çalışır. Qısa müddətli mübahisədən sonra şahzadə Mutab əbanı götürür.

Bu da kral məzarı başında onların fikrini görə müşrik olan vəhhabilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button