ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Kreml Qarabağa qayıtmaq istəyən ermənilərə təhlükəsizlik vəd edir

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Qarabağ erməniləri bölgəyə dönmək istəsələr, Moskva onların təhlükəsiz şəkildə qayıtmasına kömək etməyə hazırdır.
O qeyd edib ki, Qarabağa qayıtmaq istəyən ermənilərin təhlükəsizliyini təmin etmək vacibdir:
“Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu baxımdan, geri qayıtmaq istəyənlərin hüquq və təhlükəsizliyini lazımi qaydada təmin etməklə, geri qayıtmaqlarına şərait yaratmaq vacibdir”.
“Biz bu prosesə hər cür, o cümlədən iştirakı böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlıları vasitəsilə kömək göstərməyə hazırıq”, – Qaluzin bildirib.
Kreml rəsmisi xatırladıb ki, 2023-cü il sentyabrın 19-20-də baş verən hərbi toqquşmalar nəticəsində Qarabağ tam Bakının nəzarətinə keçib.
Rusiyanın cəhdləri, həmçinin altı sülhməramlının həyatı bahasına, mülki əhali arasında əhəmiyyətli itkilərin qarşısı alınıb:
“Sülhməramlı kontingentin fəal vasitəçiliyi ilə 2023-cü il sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub və Qarabağın erməni əhalisinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında danışıqlar aparılıb. Sülhməramlılarımız mülki şəxsləri sığınacaqla təmin edib, humanitar yardım çatdırıb, tibbi təxliyyə təşkil ediblər”.
