“Kurikulum” təhsilimizi xilas edəcəkmi?

Nazirliyin rəsmi işçiləri,eləcə də nazirin özünün bu işlər də rolu böyükdür.
qafqazhəqiqətləri- Qədim zamanlardan bəri bəşər övladı davamlı olaraq elm,təhsil ardınca düşmüşdür.Əlbəttə elm və təhsil cəmiyyəti zülmətdən-nura,cahiliyyətdən- mədəniyyətə aparan ən önəmli vasitədir.
Əgər hər hansı bir millətin böyüklüyünü bilmək istəsən,gərək əvvəlcə onun təhsilinə nəzər salasan!Həqiqətən də təhsilinin bərbad olduğu,hətta sıfra enmiş ölkələrdən biri də Azərbaycan adlı məmləkətdir.
Düzdür ki,mavi ekranlarda hər dəfə nümayiş etdirilən bir-iki təzədən təmirdən çıxmış və tikilərək yenicə istifadəyə verilən məktəblərdə inkişaf deyil!Hər dəfə “Heydər Əliyev” fondunun guya təşkilatçılığı ilə yenidən yaradılan, bəzi şəhərlərdəki təhsil kompleksləri ilə də iş bitmiş hesab olunmur.Axı, Azərbaycan bir neçə şəhərdən ibarət deyil ki!Ölkəmizin onlarla rayonu,yüzlərlə kənd və qəsəbələri həmçinin də minlərlə elm ocaqları var.Bunların məsuliyyəti kimlərin boynundadır?
Təhsildə ki, bir çox məmurlar eləcə də respublikanın rəsmi nümayəndələri elə düşünürlər ki,Avropaya bənzəmək və təhsili inkişaf etdirməkdən ötrü, ”Kurikulum” proqramını həyata keçirmək kifayətdir.
Xəbəriniz olsun ki, Azərbaycanda həyata keçirilən yeni təhsil islahatı Kurikulum proqramını Dünya Bankı maliyyələşdirir.Həmin bank maliyyə vəsaitini ölkəmizə kredit yolu ilə ayırır.İslahat başa çatdıqdan sonra isə hökümət aldığı bu kredit borcunu yüksək faizlə ödəməli olacaq.
Dəqiq məlumatlara görə Dünya Bankı təlimin həyata keçirilməsindən ötrü,hər bir təlimçi müəllim üçün 200 azn vəsait ayırır.Təhsili qara quzğun kimi talan edənlər,nədənsə ayrılan bu pullardan da yan keçə bilmirlər.Dünya bankından ölkəmizə göndərilən kredit vəsaitləri,elə yarı yoldaca yağmalanır.Təlimçilərə çatacaq halal məvaciblərin dörddə -üçünü bəzi üzdən iraq qüvvələr,öz ata malları kimi mənimsəyirlər.
Hələ bəzi təlimçilərin söylədiklərinə əsasən,Kurikulum treiniqlerinin başladığı ilk illərdə dünya bankı təlimdə iştirak edən müdavimlər üçün,gündəlik 20 azn vəsait ayırırdı.Bu məvacibləri dünya bankının ayırmaqda məqsədi isə uzaq yerlərdən kənd və qəsəbələrdən öz yaşayış yerlərini tərk edən müəllimlərin yol haqqını və yemək pulunu ödəmək idi.Çünki, təlimlər 10 gün müddətinə,hər gündə 6 saatlıq məşğələ dərs proqramlarından ibarətdir.
Düşünün ki,yay tətilində ucqar bir kənd yerində məskunlaşmış,əkin-biçinlə məşğul olan və az məvaciblə dolanan bir müəllim,öz yaşayış yerini 10 gün müddətində hər gün tərk edərək, onlarla kilometr məsafə qət edib rayon mərkəzinə gəlsə,ayda aldığı 200 azn maşın çoxunu gərək yollara və yeməyinə xərcləsin.Ona görə də Dünya bankı bu məsələləri də əvvəl günlərdən nəzərə almışdı.Lakin,çoxsaylı müəllim şikayətlərindən sonra Dünya bankının təkidli xəbərdarlıqlarına baxmayaraq,neqativ halların aradan qalxmadığını gördü və sonda bu vəsaitləin kəsilməsini qərara aldı.
İslahatı həyata keçirən Kurikulum mərkəzi,treininqi aparmaq üçün bir çox təşkilatı sıradan çıxararaq,bəzilərini rüşvət hesabına ətrafına toplayıb ki,bunlardan ən bariz nümunə “Mədət-MMC” təşkilatıdır.Deyilənlərə görə bu təşkilat sabiq təhsil naziri Misir Mərdanovun qardaşına aiddir.
Təşkilat Dünya bankından ayrılan 200 azn –in yalnız Bakı şəhərindən uzaqda yerləşən rayonlarda təlim keçən təlimçi muəllimlərə 60 azn, Bakı şəhərində isə 30 azn-ni verir.Əlbəttə,bu Təhsil nazirliyi tərəfindən əvvəlcədən planlaşdırılmış metoddur.
Nazirliyin rəsmi işçiləri,eləcə də nazirin özünün bu işlər də rolu böyükdür.Hətta tot seminarlarından müvəffəqiyyətlə keçən təlimçi statusu alan müəllimlərində əksəriyyəti,müxtəlif bəhanələrlə təlimdən uzaqlaşdırılır.
Əvəzində rüşvətlə,day-day gücünə savadsız kadrlar əlavə olunur.Ölkədə gedən bu qədər gedən proseslərdən sonra,Təhsil naziri Mikayıl Cabbarov respublikanı qarış-qarış gəzsə belə,təhsilin inkişafı üçün heç bir xeyri olmayacaq.Ona görə ki,hər şey özünün nəzarət ilə qulağının dibində, gözlərinin önündə baş verir.
islamtimes.org/az/