ArxivFatimi yaşayişXəbər lentiXəbərlər
Alçalmasını istəmədim

Alçalmasını istəmədim
Qafqaz mədəniyyət mərkəzi–“Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır.”
(“Bəqərə” surəsi, ayə 262)
İmam Hüseynin (ə) həyatından söz açmış kitabın bu hissəsinə çatdıqda belə bir imamın şiə və ardıcılı olmağımla iftixar duydum: Yazılmışdı: – Atacan! Nə üçün onun öz istəyini dilinə gətirməyə icazə vermədin və buyurdun ki, torpaq üzərinə yaz? Nə üçün pulu ona qapının arxasından verdin?
İmam həmişəki kimi təbəssüm edərək buyurdu: – Oğlum, onun gözlərində həyanı görmədinmi? Pul kisəsinə görə izzətini itirməsindən qorxdum.”